Ağdamda şəhid anasına ev tikildi

Ağdamda 80 yaşlı şəhid anasına iki otaqlı mənzil tikilib.
Axar.az ONA-ya istinadən xəbər verir ki, Birinci Qarabağ müharibəsində şəhid olan Vaqif Əmrahovun 26 ildir tək yaşayan anasına yeni ev tikilib.
Q.Əmrahova açıqlamasında bildirib ki, 7 övladının 3-ü həyatını itirib. Digər övladları Bakı şəhərində yaşadığı üçün rayonu tərk etməyib. Hazırda Ağdam rayonunun cəbhə xəttində yerləşən Qaradağlı kəndində məskunlaşan şəhid anasının qonağı olan Ağdam rayon icra başçısı Vaqif Həsənov Q.Əmrahovanın mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına köməklik göstərib.
Məskunlaşdığı torpaq sahəsində yeni inşa olunan ikiotaqlı mənzildə tikinti işləri başa çatıb, son tamamlama işləri aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır