Ağdam–Xankəndi dəmir yolu xəttinin tikintisi sürətlə irəliləyir
Ağdam–Xankəndi dəmir yolu xəttinin tikintisi sürətlə davam edir. Bu yeni nəqliyyat marşrutu, Qarabağın infrastrukturunu gücləndirəcək.
Azərbaycan Dəmir Yolları (ADY) tərəfindən verilən məlumata görə, layihənin 90%-i tamamlanıb, tikinti-quraşdırma işlərinin isə 44%-i başa çatıb.
Dəmir yolu xəttinin uzunluğu 30,8 kilometrdir və burada 6 körpü, 5 avtomobil alt keçidi, 2 piyada keçidi və 47 ehtiyat keçidi də daxil olmaqla, ümumilikdə 130 mühəndis qurğusunun inşası planlaşdırılır.
Ağdam–Xankəndi marşrutu üzrə inşa ediləcək Əsgəran və Xocalı stansiyalarının konsept layihələri artıq tamamlanıb. Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin tikintisi isə sürətlə davam edir.
Bu dəmir yolunun istifadəyə verilməsi, Qarabağda nəqliyyat əlçatanlığını artıracaq, bölgənin sosial-iqtisadi inkişafına töhfə verəcək və Bakıdan Xankəndiyə “Böyük Qayıdış” prosesini sürətləndirəcək.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"