Ağcabədi və Goranboyda 74 quyu təmir olunacaq
Ağcabədi, Goranboy, Ağdam, Bərdə və Tərtər rayonlarında ümumilikdə 74 subartezian quyusunun əsaslı təmiri planlaşdırılır. Təmir işlərini Regional Su Meliorasiya Xidməti həyata keçirəcək.
Minval.info xəbər verir ki, işlər çərçivəsində Ağcabədi rayonunda 20, Goranboyda 22, Ağdamda 16, Bərdədə 10, Tərtərdə isə 6 subartezian quyusunun əsaslı təmiri nəzərdə tutulur. Layihənin ehtimal olunan qiyməti 2 milyon 921 min manat müəyyən edilib.
Sənədlərdə qeyd olunan işlərə quyuların qazılması, müxtəlif qrunt qatlarının keçilməsi, quyuların yuyulması və texniki baxımdan bərpası ilə bağlı işlər daxildir. Təmir işlərinin əsas məqsədi uzun müddət istismar olunan və texniki problemləri olan subartezian quyularının fəaliyyətinin bərpasıdır. Bu, xüsusilə kənd təsərrüfatında suvarma imkanlarının genişləndirilməsinə, əkin sahələrinin su ilə təminatının yaxşılaşdırılmasına və əhalinin su təminatına müsbət təsir göstərə bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi