Ağbulaqda şəhidlərin xatirəsinə "Xatirə bulağı" açıldı
Laçın rayonunun Ağbulaq kəndində şəhidlərin xatirəsinə həsr olunmuş “Xatirə bulağı”nın açılış mərasimi keçirilib. Bu təşəbbüs kənd sakinləri tərəfindən irəli sürülüb və mərasimdə kənd sakinləri, şəhid ailələri və ziyalılar iştirak ediblər.
Minval.info xəbər verir ki, tədbirdə çıxış edən kənd müəllimləri Musa Həsənov, Cabbar Cabbarov, Kamil Həsənov, Rafiq Əsgərov, Qorxmaz Bəxtiyarov və kənd ağsaqqalı Xanoğlan Ağayev doğma yurdlarına qayıtmağın sevincini bölüşərək, şəhidlərə Allahdan rəhmət, qazilərə isə can sağlığı arzulayıblar. Onlar həmçinin Azərbaycan xalqına qələbə sevincini bəxş edən Ali Baş Komandana təşəkkürlərini ifadə ediblər.
Tədbirdən sonra ehsan süfrəsi təşkil olunub. Ağbulaq kəndi 400 təsərrüfatı və 2 min nəfər sakini ilə səfalı dağları, qayaları, meşələri və çayları ilə tanınır. Kənd “Ağbulaq şəlaləsi” və bir neçə bulağı ilə də məşhurdur. Laçın rayonunda beynəlxalq standartlara uyğun tikilmiş su elektrik stansiyalarının ikisi də Ağbulaq kəndi ərazisində yerləşir.
Hazırda kənddə bərpa və quruculuq işləri başlamasa da, səksəndə qədər ailə burada məskunlaşıb. Ailələr əsasən çadırlarda çətin şəraitdə yaşayır, lakin havalar soyuyana qədər öz dədə-baba yurdlarından ayrılmır. Ağbulaq şəhidlərinin “Xatirə bulağı” da bir növ bu tikinti və quruculuq işlərinin ilk qaranquşu sayıla bilər.
Xatirə lövhəsində şəkli həkk olunanlar 1992-ci il işğalı zamanı itkin düşənlərdir. Onların nəşi də tapılmayıb. Şəhidlərin biri – Əmir Əsgərov müəllim idi və indi Ağbulaq kəndinin orta məktəbi onun adını daşıyır. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib