Ağasif Məmmədovun məhkəməsi: Ütü ilə zorakılıq qalmaqalı
Ağasif Məmmədovun həyat yoldaşına qarşı törətdiyi zorakılıq hadisəsi ilə bağlı məhkəmə prosesi başa çatıb. Qaradağ Rayon Məhkəməsində hakim Emin Fətəliyevin sədrliyi ilə keçirilən iclasda Ağasif Məmmədovun cinayət məsuliyyətindən azad edilməsi qərara alınıb. Hadisə bu ilin əvvəlində Lökbatan qəsəbəsində baş verib. Ailə-məişət zəminində yaranan mübahisə zamanı Ağasif Məmmədov həyat yoldaşı Günayə Məmmədovaya əlləri ilə zərbələr endirib və daha sonra ütü ilə başına vurub. Nəticədə Günayə Məmmədova müxtəlif bədən xəsarətləri alıb.
Minval.info xəbər verir ki, məhkəmədə Ağasif Məmmədov özünü təqsirli bilib və hadisənin səbəblərini izah edib. O, həyat yoldaşının gizli şəkildə telefonla danışmasını əsas problem kimi göstərib. Mübahisə zamanı içkili olduğunu etiraf edən Ağasif Məmmədov, həyat yoldaşının telefonla kiminlə danışdığını öyrənmək istədiyini, lakin cavab ala bilmədiyini bildirib. Bu səbəbdən aralarında mübahisə yaranıb və nəticədə zorakılıq hadisəsi baş verib.
Məhkəmə zamanı Ağasif Məmmədov və həyat yoldaşı arasında barışıq əldə edildiyi və artıq birlikdə yaşamadıqları məlum olub. Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır