AFFA Mxitaryanın təhlükəsizliyinə zəmanət verib, lakin “Arsenal” ...
Londonun “Arsenal” komandası UEFA-dan komandanın yarımmüdafiəçisi Henrix Mxitaryanın Avropa Liqasının Bakıda keçiriləcək final oyununda iştirakı zamanı təhülkəsizliyini təmin edəcək zəmanət almaq istəyir.
“Oyunçularımızın təhlükəsizliyi bizim üçün birinci dərəcəli əhəmiyyət daşıyır. Biz UEFA-dan Mxitaryanın Bakıda keçiriləcək oyunlar zamanı təhlükəsizliyinin təmin edilməsinə dair zəmanət gözləyirik. Biz bu zəmanətin verilməsinə dair heç bir sənəd əldə etməmişik və ümid edirik UEFA bunu qısa zamanda təmin edəcək. Biz final matçının seçildiyi şəhərə görə Mxitaryanın turnirin final oyununda iştirak edə bilməyəcəyindən çox narahatıq”, – deyə komandanın nümayəndəsi Britaniya KİV-lərinə bildirib.
Associated Press isə yazır ki, UEFA və “Arsenal” AFFA-ya məsələ ilə bağlı sorğu göndərib və AFFA Mxitaryanın Azərbaycana gəlişi zamanı problem yaranmayacağını, təhlükəsizliyinin təmin ediləcəyini təsdiq edib.
UEFA da Mxitaryanın Azərbaycana səfəri ilə bağlı problemin olmayacağını bəyan edib:
“Bu standart prosedurdur, biz zəmanət tələb etdik və bunun təsdiqini də aldıq”.
Öz növbəsində AFFA UEAF-nın sorğusunu müsbət cavablandıraraq, sözügedən futbolçunun təhlükəsizliyinin təmin ediləcəyini təsdiqləyib.
Qeyd edək ki, UEFA Avropa Liqasının finalı mayın 29-da baş tutacaq. Londonun iki məşhur klubu “Arsenal” və “Çelsi” Bakıda qələbə uğrunda mübarizə aparacaq.
Xatırladaq ki, daha əvvəl Henrix Mxitaryan Dortmund “Borussiya”sında oynadığı vaxt “Qəbələ” ilə matç üçün Bakıya gəlməmişdi. O, ötən ilin payızında isə “Qarabağ” – “Arsenal” oyunu üçün ikinci dəfə Bakıya gəlməkdən çəkinmişdi. (Milli.Az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məhəmməd Salah rekorda imza atdı
Dünyanın ən yaxşı komandası bəlli oldu
Mahir Emrelinin daha böyük çempionata keçəcəyi proqnozlaşdırılıb
Azarkeşlərdən azərbaycanlı iş adamına etiraz - Türkiyədə (Video)
2019 Qızıl Top mükafatını kim qazanacaq?
“Linkoln” – “Qarabağ” oyunu bu kanalda yayımlanacaq
PSJ “Barselona”nı darmadağın etdi