ADNSU tələbələrinə nəqliyyat sıxlığı güzəşti!
Bakı şəhərində “Formula 1” yarışları, şəhər daxilində aparılan təmir işləri və metroda yenilənmə səbəbindən nəqliyyatın hərəkətində çətinliklər yaranacağı gözlənilir. Bu səbəbdən, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) tələbələrinin dərslərə gecikməsi halları nəzərə alınacaq.
Minval.info xəbər verir ki, ADNSU-dan verilən məlumata görə, tələbələrin nəqliyyat sıxlığı səbəbindən dərslərə gecikməsi halı müvəqqəti olaraq qəbul ediləcək. Universitetin rəsmi nümayəndələri bildiriblər ki, “Formula 1” yarışları və metronun “Nizami”dən “28 May”a qədər olan hissəsindəki təmir işləri səbəbindən yaranan nəqliyyat sıxlığı nəzərə alınacaq.
Bu qərar, tələbələrin özlərindən asılı olmayan səbəblərdən dərslərə gecikmələrinin qarşısını almaq məqsədilə qəbul edilib və qısa müddət ərzində tətbiq olunacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan elminə ağır itki
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi
Şəki yollarının təmiri üçün 1 milyon manata yaxın vəsait ayrıldı
Migel Anxel Moratinos: Dinlər 8 milyard insanın qayğısına qalır
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu keçirəcək