“Addım- A” uşaq bağçasında Zəfər günü qeyd olundu – Fotolar, VİDEO
“Addım-A” uşaq bağçasında Zəfər günü münasibəti ilə bayram tədbiri keçirilib.
Musavat.com xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə uşaqlar ilk öncə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad ediblər. Onlar daha sonra “Azərbaycan” mahnısını ifa ediblər.
Bağçanın müdiri Aynur xanım qonaqları salamlayaraq 44 günlük II Qarabağ müharibəsi və Zəfər günü haqqında danışıb.
O bildirib ki, tədbirin keçirilməsində məqsəd Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla yad etmək, böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hissini artırmaq, hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, milli-mənəvi dəyərlərimizi qorumaqdır.
Tədbir boyunca balacalar müharibə və qələbədən bəhs edən səhnəciklər göstərib, mahnılar oxuyub, şeirlər deyiblər.
Sonda uşaqlar “Azərbaycan” mahnısını ifa edərək tədbiri sonlandırıblar.


























Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!