ADB: Azərbaycanın valyuta ehtiyatları artaraq 50 milyard dolları ötəcək
Neft qiymətləri və neft hasilatının bərpa olunması ilə cari əməliyyatlar hesabının bu il ÜDM-nin 3,9 %-ə və gələn il 5,5 %-ə bərabər olması ilə profisit yaratması proqnozlaşdırılır.
“Report” xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) “Asian Development Outlook” hesabatının “Financing a green and inclusive recovery” adlı aprel sayında bildirilir.
Sənədə əsasən, bütün ixrac maddələrinin, xüsusilə, neft, meyvə və pambığın bu il 29,2 % və gələn il 0,7 % artması proqnozlaşdırılır.
İqtisadiyyatın bərpası nəticəsində gəlirlərin və istehlakçı xərclərinin artması ilə idxalın bu il 9,2 %, gələn il 2,7 % artması proqnozlaşdırılır. Nəqliyyat və turizmin tədricən düzəlməsi ilə xidmət kəsiri azalacaqdır, lakin daha yüksək neft gəlirlərinin mənfəətin xaricə repatriasiyasına təkan verəcəyinə görə gəlir hesabının kəsiri böyük ehtimal ilə artacaqdır. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri daxil olmaqla, ümumi ehtiyatların bu ilin sonunda bir qədər artaraq 50,1 milyard ABŞ dolları və səmərəli idarəetmə ilə, bir il sonra 50,4 milyard ABŞ dolları təşkil etməsi proqnozlaşdırılır. Xarici dövlət borcunun və dövlət zəmanəti ilə alınan xarici borcun bu ilin sonuna ÜDM-in 20 % ekvivalentinə qədər və bir il sonra 18,4 %-ə düşməsi proqnozlaşdırılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qlobal ərzaq qiymətləri son 10 il üçün rekord həddə çatıb
Neft ucuzlaşdı
Bakıda evlər bahalaşıb
Azərbaycan Rusiyanın Həştərxan vilayəti ilə iqtisadi əlaqələri genişləndirir
Sənədsiz evlər necə sığorta olunacaq? - VİDEO
Dolların sabaha olan məzənnəsi
Dörd böyük xarici şirkət Azərbaycandan getdi