“Adam dəli olur. Hər tərəfdə Azərbaycan bayrağı…” – Erməni “deputat”

Görünür, Ermənistanda get-gedə reallığı dərk etməyə başlayırlar. Söhbət ikinci Qarabağ müharibəsində ermənilərin məğlubiyyətindən sonra onlar üçün ağır qəbul olunan reallıqdan gedir. Lakin bu böyük məğlubiyyətin miqyasını dərk etmək üçün erməni siyasi xadimləri tez-tez Qarabağa səfər etməlidirlər.
Elə separatist rejimin “parlamentinin deputatı” Metakse Akopyan da belə edib. Ermənistanın KİV-ləri xəbər verir ki, Metakse Facebook-dakı səhifəsində yazıb:
“Stepanakerti (Xankəndi) tərk edirsən, adam dəli olur. Hər tərəfdə Azərbaycan bayrağı… Yolda üç azərbaycanlı rahat şəkildə böyürtkən yeyirlər… Şuşi… çox dəyişib və çox eybəcər olub… Siz isə, Araik (Arutünyan) və Nikol (Paşinyan), asfalt çəkirsiz, xalqın başına çəkic atırsız və yalan danışırsız… yalan, yalan, yalan… Bu, sizcə, xilas edəcək? ”.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi