ADA Universitetində itkin düşmüş şəxslərə həsr olunmuş konfrans keçirilib

30 Avqust – Beynəlxalq İtkin Düşmüşlər Günü Konfransı və Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində itkin düşmüş şəxslərə həsr olunmuş tədbir keçirilib.
“Minval.info”un xəbərinə görə, tədbir ADA Universitetində baş tutub.
Tədbirdə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva, xarici işlər nazirinin müavini Elnur Məmmədov, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Arian Bauer, Ombudsman Səbinə Əliyeva və digər şəxslər iştirak edib.
Tədbirdə çıxış edənlər Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində itkin düşmüş şəxslərlə bağlı statistik, onların saxlanma şəraitləri barədə məlumatlar veriblər.
Daha sonra isə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyi tərəfindən qısametrajlı film təqdim olunub.
Sonda isə tədbir iştirakçıları Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində itkin düşmüş şəxslərlə bağlı sərgi ilə tanış olublar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Deputat: “Sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsi ilə olmalıdır”
Bir gündə ölkədə 116 cinayət faktı qeydə alınıb
Ziya Məmmədovun “keçid biznesi” fırıldağı
Sabahın hava proqnozu açıqlandı
Gömrük Komitəsinin yeni sədri yüksək vəzifəli iki generalı işdən çıxardı