Aclıq aksiyası keçirən Saakaşvilidən ÜZÜCÜ XƏBƏR

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin vəziyyəti 10 günlük aclıq aksiyasından sonra kəskin pisləşib, onun hərəkət etməsi və danışması çətinləşib və dərhal xəstəxanaya yerləşdirilməsi lazımdır.
Minval.info xəbər verir ki, bunu Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze açıqlayıb.
“Onun vəziyyəti pisləşib, gəzməkdə çətinlik çəkir, çətinliklə danışır. Onun icazəsi ilə sizə xəbər verirəm ki, Saakaşvilidə qan xəstəliyi var – talassemiya. Bu, ölümcül xəstəlik deyil, ancaq ona ac qalmaq qəti şəkildə olmaz. Sabah onunla görüşəcəyəm və düşünürəm ki, xəstəxanaya köçürəcəyik”, – deyə Kipşidze “Mtavari Arkhi” telekanalının efirində bildirib..
Həkim əlavə edib ki, son iki gündə Saakaşvilinin vəziyyəti kəskin pisləşib.
Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb, o, hazırda Rustavi şəhər həbsxanasındadır. Gürcüstanda onun adı bir neçə cinayət işində hallandırılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Trampdan İrana ən sərt xəbərdarlıq: "Hörmüzdə hücum olsa, cavab ağır olacaq"
İsrailli nazir: Türkiyə ilə hərbi qarşıdurma sabah da baş verə bilər
Zelenski ABŞ-yə səfərə hazırlaşır
Tramp İrana sərt xəbərdarlıq etdi
Özgür Özəl 400 min üzvü arxasınca apardı - İLGİNC DETALLAR
Ermənistanda fermerlər üsyana qalxdı – Paşinyanı axtarırlar