"AccessBank" açıqlama yaydı: “Yanğın olmayıb…”
“Accessbank”ın Bakıının Tbilisi prospketi, 3 ünvanında yerləşən mərkəzi ofisində yanğın olması ilə bağlı xəbərə bankdan reaksiya…
Minval.info xəbər verir ki, bankdan verilən məlumata görə, “AccessBank”ın baş ofisində yanğın hadisəsinin baş verməsi ilə bağlı əsassız və dəqiqləşdirilməmiş informasiya yayılmaqdadır:
“Aprelin 11-də saat 14:00 radələrində Bankın Tbilisi prospekti 3 ünvanında yerləşən baş ofisindəki texniki otaqda tüstülənmə olub. Tüstülənməyə səbəb elektrik naqillərində qısaqapanmanın baş verməsidir. Müvafiq təlimata uyğun olaraq, dərhal bankın əməkdaşları təxliyə olunub, hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin “Qaynar xətti”nə məlumat verilib. Bununla yanaşı, məsul əməkdaşlarımız tüstülənmənin qarşısının alınması üçün zəruri addımlar atıb.
Təhlükəsizlik təlimatına əsasən, hadisə yerinə Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları da çağırılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, tüstülənmənin qarşısının alınmasında iştirak edən 5 nəfərə ilkin tibbi yardım göstərilib. Tüstülənmənin qarşısının alınmasında iştirak edən əməkdaşlarımıza, habelə FHN-in briqadasına təşəkkür edirik.
Bank haqqında xəbərləri yaymadan öncə KİV nümayəndələrindən İctimaiyyətlə əlaqələr şöbəsi ilə dəqiqləşdirmə aparmalarını xahiş edirik”.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan-İspaniya turizm əlaqələrinin inkişaf perspektivi müzakirə olunub
Eldar Mahmudovun həbsdəki “qulağı” azadlığa çıxmaq istəyir
“Azərpoçt”un Salyan filialına yeni rəis təyin olunub
Deputat: “Bakıya giriş-çıxışın bağlanması yolverilməzdir”
Azərbaycanda cərimələr artırılır
Ötən gün 15 cinayətin üstü “isti izlər”lə açılıb
Azərbaycan əhalisinin sayı açıqlandı – Son rəqəm