Abşeronda silahlı şəxs saxlanıldı - FOTO

Bu gün Abşeron Rayon Polis İdarəsinin Mehdiabad polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində üzərində odlu silah gəzdirən şübhəli şəxs saxlanılıb.
Məlumata görə, həmin şəxs Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Mirzəyev Məhəmməd Cavanşir oğludur.
Mehdiabad qəsəbəsində saxlanılan C. Mirzəyev polis bölməsinə aparılıb. Onun idarə etdiyi avtomobilə baxış keçirilib, avtomobilin yük yerindən bir ədəd “Kalaşnikov” avtomatı və 30 ədəd patron aşkar edilərək götürülüb.
İlkin dindirilmə zamanı o, silahı zibil atarkən kanalın yaxınlığında selofan torbada tapdığını bildirib.
Qeyd edək ki, M. Mirzəyev müxtəlif maddələr üzrə yeddi dəfə məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Abşeron Rayon Polis idarəsində araşdırma aparılır. (Oxu.Az)

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda 80 yaşlı qadın özünü 4-cü mərtəbədən ataraq intihar etdi
Bakıda 4 avtomobili qaçıran, ev və marketdən oğurluq edən şəxs saxlanıldı
Azərbaycanda məktəbdə yanğın - Şagirdlər təxliyə edildi
“AZZA”dan alınan tortun içindən çıxan yad cisim təəccübləndirdi - FOTO
Məktəb direktorunun cinayət işi məhkəməyə göndərildi
Bakıda sürücülər dava etdi: "Onun bıçağı var..." - Video
Bakının "kabuslu" yaşayış binasında daha bir intihar şoku