Abşeronda müəmmalı hal: "Məcburi köçkünlər buranı qırıb-dağıdırlar" - TƏFƏRRÜAT (FOTO)
“Məcburi köçkünlər çəkdirdiyimiz qaz xətlərini qırıb-dağıtdılar”.
Minval.info xəbər verir ki, Abşeron rayonunun Müşfiqabad qəsəbə sakinləri məcburi köçkünlərdən şikayətçidirlər. Sakinlər iddia edir ki, çəkdirdiyi qaz xətləri onlar tərəfindən dağıdılıb:
“Bizim Abşeron rayon Müşviqabat qəsəbəsində Qaçqın və Məcburi Köçkün şəhərciyi ilə üzbəüz evimiz var. Oraya qaz xətti çəkdirmək istəyirik. İşlər tam sənədləri və qayda-qanunla yekunlaşıb və sayğaclar quraşdırılıb. 3 gün bundan öncə həmin xətti “Azəriqaz” ASC-nin əməkdaşları ilə birgə əsas xəttə birləşdirmək istədik. Lakin məcburi köçkünlər buna imkan vermədi. Yəni bizim çəkdirdiyimiz xətləri də qırıb-dağıtdılar. Elə bil ki, öz mülkləri kimi… Bir sözlə, ağalıq edirlər”.
Sakinlər bütün hüquqların onların tərəfindən olduğunu bildirib: “Bu məsələnin ictimailəşdirilməsini istəyirik, bilirik ki, yenə gəlib tökülüşəcəklər. Çünki səbəb ondadır ki, həmin məcburi köçkünlərin komendantı bizdən 2 min manat məbləğində pul tələb edir. Biz də verilən qazın dövlət hesabına olduğu üçün ona pulu vermirik. O da məcburi köçkünlərin başlarını doldurub tökür üstümüzə”.
Samir Mirzə
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
DİN-dən "Qarabağ"ın oyunu ilə bağlı MÜRACİƏT
Azərbaycanda 3 vəkilin fəaliyyəti dayandırılıb, 1-nə töhmət verilib
“Sədərək” məhkəməyə verildi - Yer pulunu ödəmirmiş...
Daha bir yüksək vəzifəli şəxs işdən azad edildi - FƏRMAN
Fasilə bitir, Azərbaycan derbisi olacaq
Sabah yağış yağacağı gözlənilir
