"Abşeron" yatağında əhəmiyyətli qaz ehtiyatlarının olması tam təsdiqləndi
Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağında “ABD-001” hasilat quyusunun qiymətləndirmə lüləsinin qazılması burada əhəmiyyətli qaz ehtiyatlarının olmasını təsdiqlədi. Bu barədə “APA-Economics”ə Azərbaycanın neft-qaz bazarındakı etibarlı mənbə bildirib.
Mənbənin sözlərinə görə, aparılan qazma işləri yataqda nəzərdə tutulduğu kimi, ən azından 350 mlrd. qaz ehtiyatlarının olmasını tam təsdiqləyib.
“Qazma işləri SOCAR tərəfindən proqnozlaşdırılan yüksək göstəricini tam təsdiqlədi və bu da əla bir nəticədir”, – deyə mənbə qeyd edib.
Qeyd edək ki, hazırda “Abşeron” yatağında “ABD-001” quyusunun istismar lüləsinin qazması davam edir.
“Abşeron” dəniz blokundan kəşfiyyat, inkişaf və paylaşılan saziş haqqında razılaşma 27 fevral 2009-cu il tarixində imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və “Total” (50% – lahiyənin operatoru) şirkətləridir. Müqavilə 30 il müddətinə imzalanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi