ABŞ və Türkiyə müdafiə nazirləri Suriyadakı böhrana müzakirə ediblər
Pentaqonda ABŞ müdafiə katibi əvəzi Patrik Şanahanla Türkiyənin müdafiə naziri Hülusi Akar arasında görüş keçirilib.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, görüşdə hər iki ölkənin silahlı qüvvələrinin baş qərargah rəisləri Cosef Danford ilə Yaşar Gülər iştirak ediblər.
Tərəflər iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq, habelə Suriyada İŞİD-ə qarşı həyata keçirilən əməliyyatlar, silah və hərbi texnika tədarükü ilə bağlı məsələləri müzakirə ediblər.
Türkiyə tərəfi ABŞ-ın terrorçu PKK-nın Suriyadakı qolu YPG/PYD-yə verilən dəstəklə bağlı narahatlığını, bölgədə hər cür terror təşkilatları ilə mübarizə aparmaq əzmində olduğunu bildirib.
Tərəflər iki ölkə arasındakı strateji tərəfdaşlıq əlaqələrin köklü tarixə malik olduğu vurğulanaraq Əfqanıstan, Kosova, İraq, həmçinin dənizlərdəki əməliyyatlar da daxil olmaqla, NATO çərçivəsində əməkdaşlığın vacibliyi vurğulanıb.
Eyni zamanda Türkiyənin Rusiya istehsalı olan “S-400” hava hücumundan müdafiə sistemləri almaq niyyəti ilə bağlı məsələlərə də toxunulub və Ağ Ev bu məsələ ilə əlaqədar öz narahatlığını ifadə edib.
Qeyd edək ki, Türkiyə ABŞ-dan 100 ədəd “F-35” tipli qırıcı təyyarə almaq üçün Konqresin təsdiqini gözləyir. Artıq 30 ədəd təyyarənin satışına razılıq verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi