ABŞ Ukraynanın Rusiya ərazisinə hücumlarına icazə verdi
ABŞ Prezidenti Co Bayden öz məsləhətçiləri və əsas müttəfiqlərinin təzyiqi altında Ukraynaya Amerika istehsalı olan silahlarla Rusiyanın hərbi hədəflərinə zərbələr endirməyə icazə verib.
Minval.info yazır ki, The New York Times (NYT) qəzetinin mənbələrinin məlumatına görə, ilk hücumlar yaxın saatlarda və ya günlərdə başlaya bilər.
Amerikalı rəsmilər bildiriblər ki, Pentaqonun rəhbəri Lloyd Ostin artıq bu hücumlara icazə verib.
NYT qeyd edir ki, ABŞ-ın silahlarla bağlı siyasətini yenidən nəzərdən keçirmək qərarı ABŞ dövlət katibi Entoni Blinkenin Kiyevə səfəri ilə əlaqədardır. Qəzetin məlumatına görə, Bayden ilk dəfə məhdudiyyətləri 15 mayda ləğv etməyi nəzərdə tutmuş, son qərarı isə ötən həftə vermişdi.
Jurnalistlər vurğulayırlar ki, Bayden Rusiyaya zərbə endirməyə icazə verməklə özünün müəyyən etdiyi “qırmızı xətti” keçmiş oldu.
Paşa Sadıqlı
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ yeni uzaqmənzilli raketlər üçün 550 milyon dollar ayırıb
Zelenskidən sarsıdıcı etiraf – “Onları itiririk!”
Cənubi Koreya ordusunda robot dövrü başlanır
9 çağırışçıya məhkəmə-tibbi ekspertizası təyin edildi
NATO İtaliyada illik nüvə təliminə başlayır
ABŞ İranı hədəf alan intensiv hərbi əməliyyat planı hazırlayıb
Pakistan Yəməndəki müharibəyə hava əməliyyatları ilə qoşuldu