ABŞ şirkəti Ukraynadan hər PUA-ya görə cəmi 1 dollar istədi, lakin...
ABŞ-ın silah istehsalçısı “General Atomics” Ukraynaya Rusiyanın mümkün hücumundan qorunması üçün cəmi bir dollara iki ədəd “Reaper MQ-9” döyüş təyyarəsi təklif edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Bununla belə, nəşrin qeyd etdiyi kimi, Ukrayna belə aşağı qiymətə pilotsuz təyyarələr əldə etməklə yanaşı, “Reaper MQ-9”ların döyüş əməliyyatları üçün hazırlanması və çatdırılması üçün 10 milyon dollar, eləcə də hər bir təyyarənin baxımı üçün təxminən 8 milyon dollar ödəməli olacaq.
ƏLAQƏLİ
Kiyevdə kütləvi PUA hücumu: Yaşayış binası vuruldu, dağıntı və yanğın var – Kliçkonun açıqlaması
Ukrayna hərbçiləri pilotsuz təyyarələrdən əlavə, bu PUA-lar üçün yerüstü idarəetmə stansiyası alacaqlar.
WSJ-nin məlumatına görə, “General Atomics”in baş direktoru Linden Blu belə bir təkliflə Ukraynanın Vaşinqtondakı hərbi attaşesinə müraciət edib. Qəzet qeyd edir ki, sövdələşməni təsdiq etməli olan Ağ Ev, eləcə də Ukrayna hakimiyyəti bu xəbərə şərh verməkdən boyun qaçırıblar.
“General Atomics”in sözçüsü Mark Brinklinin sözlərinə görə, şirkət konkret sövdələşmələri şərh etmir, lakin Ukraynanın “Reaper” kimi dronlara ehtiyacı olduğuna inanır. “General Atomics” şirkəti aylardır Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını Ukrayna hökuməti ilə müzakirə edir və onlara istənilən dəstəyi göstərməyə hazırdır”, – deyə şirkət sözçüsü bildirib.
ƏLAQƏLİ
Yaxın Şərqdə alovlanan müharibə: İran BƏƏ, Bəhreyn və Küveytdəki ABŞ hərbi bazalarına kütləvi zərbələr endirdi
Son bir il ərzində Birləşmiş Ştatlar Ukraynaya 700-dən çox kiçik dron, o cümlədən “Switchblade” taktiki dronları təqdim edib. Lakin “Reaper” daha geniş diapazona, sürətə və imkanlara malik mürəkkəb pilotsuz təyyarədir.
“Reaper”in qanadlarının uzunluğu təxminən 20 metrdir. Pilotsuz təyyarə 24 saatdan çox uçuşda ola və silah daşıya bilir. “General Atomics” Ukraynaya köhnə model “MQ-9A Blok 1” təklif edir. Verilən məlumata görə, belə dronlardan birinin qiyməti bir neçə milyon dollardır.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əli İbrahimovdan 7 uşaqlı ailəyə böyük dəstək
Rumıniya f-16-ları qara dənizdəki təhlükəli dronu necə zərərsizləşdirdi?