ABŞ Şimali Koreyaya səfər qadağasını daha bir il uzadıb

ABŞ Dövlət departamenti Amerika vətəndaşlarının KXDR-ə səfərlərinə qadağanın müddətini daha bir il uzadıb.
Minval.info Associated Press agentliyinə istinadla xəbər verir ki, qadağanın uzadılması Şimali Koreyada ABŞ vətəndaşları üçün hələ də həbs olunma riskinin mövcudluğu və bunun onların fiziki təhlükəsizliyinə birbaşa təhdid yaratması ilə izah olunur.
Dövlət departamentinin bildirişində qeyd edilir ki, bütün ABŞ pasportları KXDR-ə, yaxud KXDR üzərindən səfərlər üçün etibarsız olaraq qalır. Əgər dövlət katibi tərəfindən uzadılmasa və ya ləğv olunmasa, qadağanın uzadılması 2022-ci il avqustun 31-də başa çatır.
Qadağa ilk dəfə 2017-ci ildə, Şimali Koreya həbsxanasında saxlanılmış amerikalı tələbənin ölümündən sonra ovaxtkı dövlət katibi Reks Tillerson tərəfindən tətbiq edilmişdi. Belə ki, tələbə həbsdə olarkən xəstələnmiş, koma vəziyyətində vətəninə göndərilmiş və az sonra vəfat etmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi