ABŞ əsgərləri İrana məxsus silah-sursatı müsadirə ediblər
ABŞ-ın yaxın Şərqdəki hərbi bazasının əsgərləri həyata keçirdikləri xüsusi əməliyyat nəticəsində İrana məxsus silah-sursat ələ keçiriblər.
AZƏRTAC “The Wall Street Journal”a istinadla xəbər verir ki, İran bu silahları Yəmən üsyançılarına göndərirmiş. Yəməndə mərkəzi hakimiyyətə qarşı üsyan qaldıran silahlı qruplaşma Səudiyyə Ərəbistanının ölkəyə təsirini aradan qaldırmaq istəyir. İran üsyançıları dəstəkləməklə Səudiyyə Ərəbistanının regiondakı nüfuzunu azaltmağa və söz sahibi olmağa cəhd edir.
Jurnal yazır ki, qaçaqmalçılıq yolu ilə Yəmənə ötürülərkən ABŞ hərbçiləri tərəfindən müsadirə olunan silah-sursat Ukraynaya verilə bilər. Qeyd edilib ki, 5 min tüfəng, 1,6 milyon ədəd güllə, uzaqdan idarə olunan 7 min bomba müsadirə olunub.
ƏLAQƏLİ
Makron Fransada yeni etiraz dalğasına qarşı təcili təhlükəsizlik iclası keçirir
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Melonidən etirazçılara sərt tədbir: 5 ilədək həbs cəzası
Kiyev Rusiyanın İHA hücumuna məruz qaldı
Kolumbiyada 7,6 ton kokain ələ keçirildi