ABŞ səfirliyində iş imkanı: Müştəri xidmətləri nümayəndəsi axtarılır!
Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyi Müştəri Xidmətləri Mərkəzində nümayəndə vəzifəsinə işçi axtarır. Bu barədə səfirlik rəsmi məlumat yayıb.
Minval.info xəbər verir ki, seçiləcək şəxs səfirlik əməkdaşları və onların ailə üzvlərinə xidmət göstərməkdə dəstək olacaq, onları müvafiq şöbələrlə əlaqələndirəcək və səfirlik icmasına yüksək keyfiyyətli xidmətin təmin edilməsinə yardım edəcək.
Vakansiyaya müraciət etmək istəyənlər üçün müəyyən tələblər var. Namizədlərin ən azı iki il universitet təhsili almış olması, altı ay inzibati və ya müştəri xidmətləri sahəsində iş təcrübəsinə malik olması tələb olunur. İngilis, Azərbaycan və rus dillərində yaxşı səviyyədə dil biliyi də vacibdir.
İnsanlarla işləməyi sevən, onlara dəstək olmağı və problemlərin həllinə kömək etməyi bacaran şəxslər bu vakansiyaya müraciət edə bilər. Ətraflı məlumat və müraciət üçün bu linkə daxil olun. Müraciətlər üçün son tarix 26 avqustdur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib