17.08.2026 - 18:23
Ölkə 17 baxış

ABŞ səfirliyində iş imkanı: 40 min manat maaşla çalışmaq istəyənlər üçün şans!

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi Müştəri Xidmətləri Mərkəzində (MXM) nümayəndə vəzifəsinə işçi axtarır. Bu barədə elan səfirliyin sosial media hesabında yerləşdirilib.

Minval.info xəbər verir ki, MXM nümayəndəsi səfirliyin əməkdaşlarına və onların ailələrinə xidmətlə bağlı müraciətlərdə dəstək göstərəcək. Həmçinin, müraciətləri uyğun şöbələrə yönləndirəcək və səfirlik icmasına keyfiyyətli və operativ xidmətin təmin olunmasına kömək edəcək.

Vakansiya üçün namizədlərdən ən azı iki il universitet təhsili və 6 aydan az olmamaq şərtilə inzibati və ya müştəri xidmətləri sahəsində iş təcrübəsi tələb olunur. Namizədlərin ingilis, Azərbaycan və rus dillərində yaxşı səviyyədə bilikləri olmalıdır.

Təklif olunan illik əməkhaqqı 23,575 dollar, yəni təxminən 40 min manat təşkil edir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: