ABŞ səfiri: “Biz regionda dayanıqlı sülhün bərqərar olmasına tərəfdarıq”

“Azərbaycan və ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd ediləcək. Bu müddət ərzində bir sıra sahələr üzrə xeyli nailiyyətlər əldə etmişik”.
“Report” xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Erl Lisenberger bildirib.
Səfir bildirib ki, ABŞ regionda dayanıqlı sülhün bərqərar olmasına tərəfdarıdır.
“Biz enerji, turizm və s. kimi bir sıra sahələrdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dəstək vermişik. Təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlığımız, təhsil sahəsində böyük təcrübəmiz var”, – Lisenberger deyib.
O əlavə edib ki, ölkədə özəl sektorun, kənd təsərrüfatının, aqrar turizmin və s. sahələrin inkişaf etdirilməsi üçün Azərbaycan və ABŞ arasında əməkdaşlıq həyata keçirilir.
“Artıq məcburi köçkünlərin uğurla geri qaytarılmasına dəstək vermək imkanı da mövcuddur”, – diplomat deyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fuad Qəhrəmanlı AXCP sədrinin müavinliyindən istefa verdi
Serbiyanın Ermənistana silah satması ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycanda referendum keçiriləcək....?
Kəmaləddin Heydərov Yevgeni Ziniçevlə vida mərasimində - FOTO
Araz Əlizadə: Deputatlar elə bil söyülməkdən ləzzət alırlar
Ceyhun Bayramovla Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub