ABŞ Rusiyanın İran hücumlarındakı mümkün rolunu araşdırır
ABŞ kəşfiyyat orqanları Rusiyanın Yaxın Şərqdə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) obyektlərinə İran tərəfindən həyata keçirilən hücumlarda mümkün iştirakını araşdırır.
Minval.info xəbər verir ki, bu barədə məlumatı mənbələrə istinadən “Reuters” agentliyi yayıb.
Məlumata görə, araşdırma çərçivəsində Moskvanın Tehrana hədəflərin müəyyənləşdirilməsi üçün kəşfiyyat məlumatları təqdim edib-etmədiyi, həmçinin pilotsuz uçuş aparatlarının dəqiqliyini artıran texnologiyalar ötürüb-ötürmədiyi yoxlanılır.
Bildirilir ki, bu ilin mart ayında ABŞ-ın Səudiyyə Ərəbistanındakı səfirliyi nəzdində fəaliyyət göstərən MKİ rezidenturası və İraqın şərqində yerləşən obyekt hücuma məruz qalıb.
Mənbələrin sözlərinə görə, Ər-Riyaddakı dəniz diplomatik missiyasına edilən hücum zamanı pilotsuz uçuş aparatlarından biri binanın divarını deşib, digəri isə yaranmış boşluqdan içəri daxil olub. Hadisə nəticəsində insan itkisi qeydə alınmayıb.
ABŞ kəşfiyyatının ilkin qənaətinə əsasən, İran hücumlarda Rusiyanın radioelektron mübarizə vasitələrinə qarşı davamlı olduğu bildirilən “Kometa-M” peyk naviqasiya sistemi ilə təchiz edilmiş “Shahed-136” tipli dronlardan istifadə edib. Kreml isə daha əvvəl bu xarakterli iddiaları təkzib edərək onları həqiqətə uyğun olmayan məlumatlar adlandırmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ yeni uzaqmənzilli raketlər üçün 550 milyon dollar ayırıb
Zelenskidən sarsıdıcı etiraf – “Onları itiririk!”
Cənubi Koreya ordusunda robot dövrü başlanır
9 çağırışçıya məhkəmə-tibbi ekspertizası təyin edildi
NATO İtaliyada illik nüvə təliminə başlayır
ABŞ İranı hədəf alan intensiv hərbi əməliyyat planı hazırlayıb
Pakistan Yəməndəki müharibəyə hava əməliyyatları ilə qoşuldu