ABŞ prezidentinin Polşaya səfəri başlayıb
ABŞ prezidenti Cozef Bayden Kiyevə səfər etdikdən sonra Polşanın Pirzamisil şəhərinə gedib. Buradan o, təyyarə ilə Varşavaya uçacaq və paytaxt Varşavada ölkə lideri Anjey Duda ilə görüşəcək.
Bu barədə “Report” “Polşa radio”suna istinadən xəbər verir.
Bayden və Duda arasında görüş çərşənbə axşamı, fevralın 21-də baş tutacaq. Bu, Amerika prezidentinin Polşaya ikinci səfəridir. Öncə Bayden və Dudanın təkbətək görüşü olacaq, sonra isə mətbuat konfransı keçiriləcək. Liderlər ikitərəfli əməkdaşlıq məsələlərini, həmçinin Ukraynaya dəstək üçün kollektiv səyləri müzakirə etməyi planlaşdırır.
Fevralın 21-də ABŞ Prezidenti Ukraynada müharibənin ildönümünə həsr olunmuş müraciətlə çıxış edəcək. Növbəti gün ABŞ rəhbəri Varşavada Bolqarıstan, Çexiya, Estoniya, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya və Slovakiyanın daxil olduğu “Buxarest Doqquzluğu” ölkələrinin liderləri ilə görüşəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kiyev Rusiyanın İHA hücumuna məruz qaldı
Kolumbiyada 7,6 ton kokain ələ keçirildi
Mark Zukerberqin sərvəti təhlükədə: Silikon Vadisindən köçə bilmir
Avropa İttifaqında elektrik avtomobillərinin satışı 73% artıb
ABŞ və İran arasında gərginlik: Tramp danışıqların olmadığını deyir
Kölələri əmlak sayan qanun rəsmən ləğv edilir