ABŞ öz səhvini düzəltməlidir - Hulusi Akar
ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı “soyqırımı” ifadəsini işlətməsi tarixi həqiqətləri inkar və təhrif etməkdən başqa heç bir məna daşımır.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akarın bəyanatında deyilir.
O bildirib ki, “soyqırım” ifadəsindən istifadə edənlər dünya tarixinə və öz tarixlərinə nəzər salmalıdır.
“Tarixi hadisələr siyasiləşdirilməməlidir. Bunun başda Türkiyə-Ermənistan və türk-erməni əlaqələri olmaqla regionda sülhə mənfi yöndə təsiri olacağı şübhəsizdir. Bölgəmizin sabitliyi erməni diasporu və onu öz mənafeləri naminə istifadə etməyə çalışan ölkələrin yox, region ölkələrinin, Türkiyə və Ermənistanın ortaq məsələsidir”.
Müdafiə naziri onu da qeyd edib ki, ABŞ öz səhvini düzəltməlidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenski ABŞ-yə səfərə hazırlaşır
Tramp İrana sərt xəbərdarlıq etdi
Özgür Özəl 400 min üzvü arxasınca apardı - İLGİNC DETALLAR
Ermənistanda fermerlər üsyana qalxdı – Paşinyanı axtarırlar
Moskvadan Bakıya “media atəşkəsi” təklifi
Lavrov xəstəxanaya YERLƏŞDİRİLDİ
Rusiya İstanbul danışıqlarında İŞTİRAK EDƏCƏK?