ABŞ kəşfiyyatı Qarabağda müharibə proqnozu verdi

Dağlıq Qarabağ ətrafındakı gərginlik 2018-ci ildə Azərbaycan və Ermənistan arasında genişmiqyaslı hərbi münaqişəyə gətirib çıxara bilər.
Qaynarinfo TASS agentliyinə istinadən xəbər verir ki, bu sözlər ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Daniel Koutsa məxsusdur.
MKİ rəhbəri bu il dünyada mümkün təhdidlərin qiymətləndirilməsi üzrə hazırladığı və ABŞ Senatına təqdim etdiyi hesabatda Dağlıq Qarabağdakı vəziyyətdən bəhs edib:
“Dağlıq Qarabağ regionu ətrafındakı gərginlik Ermənistan və Azərbaycan arasında genişmiqyaslı hərbi münaqişəyə və Rusiyanın regional müttəfiqini dəstəkləməsinə gətirib çıxara bilər. Tərəflərdən heç birinin güzəştə getmək istəməməsi, tərəflərə artan təzyiqlər, Azərbaycanın sabit hərbi modernləşməsi və Ermənistanın Rusiyadan yeni silahlar alması 2018-ci ildə genişmiqyaslı hərbi əməliyyatların baş verməsi riskini yaradır”.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib