ABŞ İranda vurulan hədəfləri açıqladı
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı həyata keçirilən hərbi əməliyyatların 12-ci gecəsində hədəfə alınan ərazilərlə bağlı məlumat yayıb.
Minval.info xəbər verir ki, əməliyyatlar zamanı Əhvaz, Buşehr, Kermanşah əyalətinin İslamabad-e Qərb şəhəri, Mahşəhr, Əndimeşk, Şələmşə, Ramşir, Cask və Sirikdə yerləşən hərbi obyektlərə hava və raket zərbələri endirilib.
CENTCOM-un açıqlamasına görə, əməliyyat zamanı İranın dəniz qüvvələrinə məxsus hərbi imkanlar, raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı məntəqələr, eləcə də sahil müşahidə postları və hava hücumundan müdafiə sistemləri hədəf alınıb.
Komandanlıq bildirib ki, cari ay ərzində keçirilən əməliyyatlar nəticəsində İran ərazisində onlarla hərbi obyekt vurulub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ yeni uzaqmənzilli raketlər üçün 550 milyon dollar ayırıb
Zelenskidən sarsıdıcı etiraf – “Onları itiririk!”
Cənubi Koreya ordusunda robot dövrü başlanır
9 çağırışçıya məhkəmə-tibbi ekspertizası təyin edildi
NATO İtaliyada illik nüvə təliminə başlayır
ABŞ İranı hədəf alan intensiv hərbi əməliyyat planı hazırlayıb
Pakistan Yəməndəki müharibəyə hava əməliyyatları ilə qoşuldu