ABŞ-ın SSRİ-nin məhvinə dair məxfi planları açıqlandı
Ötən əsrin 60-cı illərində ABŞ hökuməti SSRİ-nin məhv edilməsinə dair plana malik olub.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Corc Vaşinqton universitetinin nəzdindəki “Milli təhlükəsizlik arxivi” qeyri-hökumət təşkilatının saytı xəbər yayıb.
Təşkilatın dərc etdiyi bir sıra sənədlərə əsasən, ABŞ nüvə zərbəsi endiriləcəyi təqdirdə SSRİ və Çini məhv etmək imkanlarını nəzərdən keçirib.
Amerika rəhbərliyi SSRİ şəhərlərində yaşayan əhalinin 71 faizinin öldürülməsini ehtimal edib.
2015-ci ilin dekabrında ABŞ-ın Milli arxivlər və sənədlər idarəsi 1959-cu il üçün Amerikanın atom bombaları üçün potensial hədəflərin siyahısını dərc etmişdi. Siyahıya keçmiş SSRİ-nin yüzlərlə şəhəri daxil edilmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İraq-İran sərhədində üç keçid yenidən açılır
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!
Çoxuşaqlı ailələrə aylıq 140 manat müavinət təklifi