ABŞ-ın ədliyyə naziri Trampa görə istefa verir
ABŞ-ın ədliyyə naziri və baş prokuroru Uilyam Barr ölkə lideri Donald Trampın “Twitter”də Ədliyyə Nazirliyinə aid paylaşımlarına görə istefa məsələsini nəzərdən keçirir.
“Report”un məlumatına görə, bu barədə nazirin ətrafındakı mənbələrə istinadən “The Washington Post” qəzeti bildirib.
Məlumata görə, Barr Trampın yaxınları ilə danışıq zamanı vurğulayıb ki, Ədliyyə Nazirliyinin araşdırmaları haqqında son tvitlərə görə istefa imkanını nəzərdən keçirir. Vaşinqton administrasiyasında güman edirlər ki, Barr Ağ Ev başçısının nazirliyin cari cinayət araşdırmalarını açıq qiymətləndirməsini qurtarmaq zərurətini anlayacağına ümid edir. “Onun öz sərhədləri var”, – nəşrin mənbəyi qeyd edib.
Çərşənbə axşamı Tramp “Twitter” paylaşımlarının Barrın işini çətinləşdirməsi ilə razılaşıb. Bu halda ABŞ prezidenti yenidən vurğulayıb ki, o nazirə tam etibar edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək