22.08.2026 - 15:39
Hadisə 41 baxış

Abort faciəsi: Lalə Quliyevanın müəmmalı ölümü

Avqustun 20-də abortdan sonra həyatını itirən Tovuz rayon sakini Lalə Quliyevanın ölüm səbəbləri ilə bağlı yeni məlumatlar üzə çıxıb. 24 yaşlı qadının Sabunçu Tibb Mərkəzinə artıq ölü vəziyyətdə gətirildiyi bildirilib. Lakin onun hamiləliyini hansı tibb müəssisəsində sonlandırdığı hələ də məlum deyil.

Minval.info xəbər verir ki, Lalə Quliyeva Sabunçu Tibb Mərkəzinə “Vita Med Hospital”dan göndərilib. Onu həmin klinikada qəbul edən mama-ginekoloq Yadigar Hüseynova, qadının qanaxma fonunda hospitala gətirildiyini bildirib.

Yadigar Hüseynova qeyd edib ki, Lalə Quliyeva “Vita Med Hospital”a Masazırdan gətirilib və burada ilkin tibbi müdaxilə edilib. Qadının təzyiqi normallaşdırıldıqdan sonra Sabunçu Tibb Mərkəzinə göndərilib. Həkim, “Vita Med”də abort əməliyyatının keçirilmədiyini də vurğulayıb.

Hadisənin baş verdiyi şərait və Lalə Quliyevanın harada əməliyyat olunduğu ilə bağlı araşdırmalar davam edir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: