Abituriyentlər üçün sevindirici xəbər: keçid ballarında dəyişikliklər
Abituriyentlər üçün sevindirici xəbər var: keçid ballarında dəyişikliklər gözlənilir. Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bu barədə açıqlama verib.
Minval.info xəbər verir ki, I ixtisas qrupu üzrə 600 baldan yuxarı keçid ballarında 1-2 bal azalma gözlənilir. 500-600 bal aralığında isə keçid ballarında təxminən 16 bala qədər azalma ola bilər. 400-500 bal aralığında isə təxminən 5 bal azalma proqnozlaşdırılır. 400 baldan aşağı intervallarda isə məzun və kvota sayındakı dəyişikliklər səbəbindən keçid ballarının artacağı gözlənilir.
II ixtisas qrupu üzrə əksər bal intervallarında keçid ballarında 1-3 bal azalma gözlənilir. 300-400 bal aralığında azalma 12 bala qədər çata bilər. 200-300 bal aralığında isə məzun və kvota sayının artması səbəbindən keçid ballarının 3-4 bal yüksəlməsi mümkündür.
III ixtisas qrupu üzrə 600 baldan yuxarı keçid ballarında 3-4 bal azalma ola bilər. 500-600 bal aralığında isə keçid ballarının 3-4 bal artacağı gözlənilir. 200-500 bal aralığında yerləşən ixtisaslarda keçid ballarında 1-8 bal artım proqnozlaşdırılır.
DİM sədri bildirib ki, IV ixtisas qrupunda rəqabət daha yüksəkdir. Hazırkı məlumata görə, 600 baldan yuxarı nəticə göstərənlərin sayı 1000 nəfərdən çoxdur. Nəticədə 600 baldan yuxarı keçid ballarında 15-17 bala qədər artım mümkündür. 500-600 bal aralığında da keçid ballarının yüksələcəyi gözlənilir. 400-500 bal aralığında keçid ballarının əsasən ötənilki səviyyədə qalacağı ehtimal edilir. 200-300 bal aralığında isə keçid ballarının aşağı düşməsi gözlənilir.
O qeyd edib ki, hazırda təqdim olunan statistika ilkindir və iki cəhdin nəticələrinə əsaslanır. Dəqiq statistika yekunlaşdıqdan sonra dərc ediləcək. Hər bir abituriyent həmin statistikaya əsasən öz bal intervalında vəziyyətin ötən illə müqayisədə necə dəyişdiyini qiymətləndirə biləcək.
ƏLAQƏLİ
Alkoqol və narkotik asılılığının müalicəsində tənəffüs məşqlərinin rolu
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Space TV-də yeni yüksək vəzifə təyinatı
Alkoqol və narkotik asılılığının müalicəsində tənəffüs məşqlərinin rolu
Sosial məzuniyyət kimlər üçün nəzərdə tutulub?
Nar ilə inklüzivliyə dair hekayələr təqdim olunur
Ağdam–Xankəndi dəmir yolu xəttinin tikintisi sürətlə irəliləyir
Toyota dünya avtomobil bazarında liderliyini qoruyur
FHN təlim keçirdi