Abituriyentlər üçün seçim marafonu başladı: Hansı universitetə üstünlük verməli?
Bu gündən etibarən ali təhsil müəssisələrinə qəbul üçün ixtisas seçimi prosesi start götürür. Abituriyentlər 12-19 avqust tarixləri arasında seçimlərini edə biləcəklər.
Minval.info xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) bu barədə rəsmi məlumat yayıb. İxtisas seçimi ilə bağlı abituriyentlər Azərbaycan Universiteti, Qərbi Kaspi Universiteti, Bakı Biznes Universiteti, Odlar Yurdu Universiteti və digər ali təhsil müəssisələrində fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər.
Bundan əlavə, DİM-in əməkdaşları rayon təhsil sektorlarında və bəzi məktəblərdə abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması və təsdiqi, müsabiqə şərtləri və digər vacib məsələlər barədə ödənişsiz məsləhətlər verəcəklər.
DİM, həmçinin, abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar hazırlayıb. Bu kitabçaları DİM-in inzibati binasından, “Abituriyent” satış məntəqəsindən və kitab mağazalarından əldə etmək mümkündür. Elektron versiyasını isə www.abiturient.az saytından yükləmək olar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
AZAL Braziliya təyyarələri ilə donanmasını genişləndirir
Azərbaycanın sağlamlıq turizmi Qazaxıstanda tanıdıldı
Ülkər Nuridən atasına duyğusal ad günü mesajı
Taksi sürücülərinin profilləri niyə bloklanır?
Azərbaycanda 32 xəstəxanada böyük təmir başlanır
Emal sənayesində işçi tələbatı artdı!
Bayramov yeni İsveç səfiri ilə görüşdü