Abel Məhərrəmovun yerinə təyin olunan nazir müavini işə başladı - FOTO
Bakı Dövlət Universitetinin (BDU) rektoru təyin olunan Firudin Qurbanov vəzifəsinin icrasına başlayıb.
BDU-nun Mətbuat və informasiya şöbəsindən “Minval.İnfo”ya verilən məlumata görə, o, bu gün prorektorlar və rektorun müşavirləri ilə görüşərək müvafiq müzakirələr aparıb, tapşırıqlar verib.
Qeyd edək ki, F. Qurbanov təhsil nazirinin müavinidir. O, təhsil nazirinin əmri ilə dekabrın 21-də BDU-ya rektor əvəzi təyin edilib.
Xatırladaq ki, Prezident İlham Əliyevin noyabrın 15-də imzaladığı sərəncamla Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib. Rektor səlahiyyətlərinin icrası isə 1 ay müddətinə universitetin tədris işləri üzrə prorektoru İradə Əliyevaya həvalə edilmişdi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!
