Abel Məhərrəmovun polkovnik qohumu vəfat etdi
BDU-nun keçmiş rektoru, akademik Abel Məhərrəmovun kürəkəni Azər Sadıqov Türkiyədə vəfat edib.
Minval.info “Modern.az”a istinadən xəbər verir ki, mərhumun yaxınlarının verdiyi məlumata görə, DİN Nəqliyyatda Baş Polis İdarəsinin kadrlar idarəsinin 48 yaşlı rəisi Azər Sadıqovun ürək tutmasından dünyasını dəyişdiyi ehtimal olunur.
Bir müddət əvvəl səhhətində yaranan problemlər səbəbindən Türkiyəyə aparılan A. Sadıqovun əməliyyata daxil olmadan vəfat etdiyi qeyd olunur. Mərhum sabah Bakıda dəfn olunacaq.
Qeyd edək ki, öncədən Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin kadrlar şöbəsinin rəisi vəzifəsində çalışan polkovnik Azər Sadıqov daxili işlər naziri, general polkovnik Ramil Usubovun əmri ilə tutduğu vəzifədən kənarlaşdırılıb. Nazirin digər əmri ilə o, DİN Nəqliyyatda Baş Polis İdarəsinin kadrlar idarəsinə rəis təyin edilmişdi. A. Sadıqov vəfat etdiyi bu günə qədər həmin vəzifədə çalışıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Avropada yeni sərhəd sistemi təxirə salındı
Balqabaq mövsümü başladı: Qiymət və faydaları açıqlanır
Chandra altı qalaktikada 84 sirli obyekt aşkarladı
Adil Əliyev: "Bar verməyən ağaca daş atan olmur
Vergi xidmətinin təcrübəli əməkdaşı dünyasını dəyişdi
Süni intellekt hansı peşələri yox edəcək?
Şəkidə faciə: "rolik" iki can aldı