9 illik futbol planı yenidən müzakirəyə çıxarılıb
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) dünya çempionatına alternativ olaraq “Qlobal Millətlər Liqası” adlı yeni futbol turniri konsepsiyasını təqdim edib.
Minval.info xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb. 2017-ci ildən bəri müzakirə olunan format, yeddi diviziondan ibarət olacaq və hər divizionda səkkiz komanda iştirak edəcək. Komandalar milli reytinqlərinə əsasən divizionlara ayrılacaq. Hər divizionda iştirakçılar üçün kvotalar müəyyən edilib: Avropadan üç, Cənubi Amerikadan iki, Afrika, Asiya və Şimali Amerikadan isə hərəsindən bir komanda yer alacaq. Okeaniya təmsilçisi isə yalnız gücünə görə dördüncü divizionda iştirak edəcək.
İlkin mərhələdə bu ideya reallaşmayıb, çünki FIFA prezidenti Canni İnfantino genişləndirilmiş Klublararası Dünya Çempionatının yaradılmasına fokuslanıb. İyulun 30-da UEFA, FIFA-nın turnirlərini boykot etdiyini açıqlayıb.
İyulun 28-də isə Canni İnfantinonun turnirin idarə olunması üçün ayrıca şirkət yaradılması və onun səhmlərinin 20-30 faizinin investorlara satılması üzərində çalışdığı barədə məlumat yayılmışdı. Potensial investorlar arasında amerikalı sahibkar Coşua Kuşnerin “Thrive Eternal” fondu da qeyd edilib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"