80 yaşlı nənənin sevgi macərası: Evdən qaçdı!
Konyanın Seydişehir rayonunda yaşayan 80 yaşlı Gülsüm A., təqaüdünü almaq üçün getdiyi bankın qarşısında Kazım Y. ilə tanış olub. Onların dostluğu zamanla dərinləşərək sevgi münasibətinə çevrilib. Bir gün Gülsüm A. xəstəxanaya gedəcəyini bildirərək evdən çıxıb, lakin axşama qədər geri dönməyib. Bu səbəbdən ailəsi narahat olaraq axtarışlara başlayıb.
Minval.info xəbər verir ki, Gülsüm A.-nın xəstəxanaya getmədiyi məlum olduqdan sonra vəziyyət jandarmaya bildirilib. Günlərlə davam edən axtarışlar nəticəsində onun Kazım Y. ilə birlikdə olduğu müəyyən edilib. Jandarma tərəfindən aparılan dindirilmə zamanı Gülsüm A.-nın öz istəyi ilə Kazım Y. ilə birlikdə olduğu və onunla evlənmək istədiyi öyrənilib. Ailəsi əvvəlcə bu xəbərə şoka düşsə də, qadının sağ-salamat qayıtması onların təsəllisi olub.
Hadisələrdən xəbər tutan oğlu Əhməd A. infarkt keçirib. Ailə, baş verənlərdən sonra cütlüyün rəsmi olaraq evlənərək xoşbəxt bir həyat sürəcəyinə ümid etdiklərini bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi