28.01.2018 - 01:00
Ölkə 2 baxış

Günün qoroskopu: İstirahət edin

Qoç – Daxili sabitliyinizi qorumaq istəyirsinizsə, keçmişdə olanları müzakirə etməyin. Onsuz da olmuşları düzəltmək mümkünsüzdür. Özünüzü sevgiyə həsr edin ki, xilas olasınız.

Buğa – Mübahisəli gün olsa da, Göy qübbəsi maliyyə durumunuzda irəliləyiş olacağını bildirir. Bir şərtlə ki, kisənizdən etibarsız insanlara borc verməyəsiniz. Yoxsa müflisləşəcəksiniz.

Əkizlər – Görüşə çıxmaq, yeni işlərə başlamaq, sövdələşmələrdə iştirak etmək üçün səmərəli vaxtdır. Çalışın ki, ürəyinizin səsinə qulaq asasınız. Ağır fiziki işlərdən uzaq olmağa cəhd edin.

Xərçəng – Günün birinci yarısında müəyyən gərginliklə baş-başa qala bilərsiniz. Odur ki, həmin ərəfədə bütün vacib planlarınızı təxirə salmalısınız. Fəaliyyətdə öz məsuliyyətinizi anlayın.

Şir – Kifayət qədər məhsuldar gündür. Kiminsə işlərinizə mane olacağını ağlınıza gətirməyin. Əksinə, nəzərdə tutduğunuz planların böyük əksəriyyəti öz həllinə yaxınlaşacaq.

Qız – Planetiniz olan Uran narahat kosmik bucağa düşdüyündən fəaliyyətinizin səmərə verməyəcəyini bəyan edir. Odur ki, daha çox istirahətə yer ayırmalı, xəstəliyə təslim olmamalısınız.

Tərəzi – Ulduzların düzümü səhhətinizdə problemlər olacağını bəyan edir. Bunun qarşısını almaq üçün ilk növbədə əsəblərinizi qorumalısınız. Nahardan sonra büdcənizdə artım gözlənilir.

Əqrəb – Günün birinci yarısında bütün işlərinizi yekunlaşdırmağa çalışın. Çünki sonrakı müddətdə buna imkan tapmayacaqsınız. Ulduzlar nahardan sonra maraqlı görüşlərdən xəbər verir.

Oxatan – Nəhayət ki, ulduzlar bürcünüzə maliyyə səxavəti göstərməyə yaxın olacaq. Saat 13-16 arası bu istiqamətdə daha əlverişli şanslar qazana bilərsiniz. Qərarlarınızda qəti olun.

Oğlaq – Yaxşı olar ki, fəaliyyətə ara verib daha çox istirahətlə məşğul olasınız. Bunu etməsəniz, ümumi yorğunluğunuz və daxili süstlüyünüz səngiməyəcək. Səfərə çıxmayın.

Dolça – Düşərli bir gün yaşayacaqsınız. Özünüzü nikbin səviyyədə kökləyin. Çalışın ki, ətrafda hər şeyin gözəl olduğunu duyasınız. Bu gündən etibarən taleyinizdə dönüş yaranmalıdır.

Balıqlar – Məhəbbət aləmində romantik məqamlar yaşamaq istəyirsinizsə, bu təqvimdən maksimum yararlanın. Əmin olun ki, cəhdləriniz boşa çıxmayacaq. Riskli sövdələşmələrdən yayının.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: