700-ə yaxın Gəncə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul şansı!
Dövlət İmtahan Mərkəzi (DİM) 2026-2027-ci tədris ili üçün 700-ə yaxın şəxsə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul hüququ verib. Bu hüquq beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qaliblərinə, eləcə də beynəlxalq səviyyədə akkreditasiya olunmuş təhsil proqramları üzrə təhsil alan abituriyentlərə şamil edilir.
Minval.info xəbər verir ki, artıq bu şəxslərin sənədləri DİM tərəfindən yoxlanılıb və ixtisas seçimi üçün Mərkəzə dəvət olunublar. Bu il 3 nəfər beynəlxalq fənn olimpiadası, 104 nəfər respublika fənn olimpiadası, 63 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanıb.
Bundan əlavə, SAT imtahanının nəticələrinə əsasən və ADA məktəbinin məzunu olaraq ümumilikdə 520 abituriyent ADA Universitetinə qəbul edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib