7 azərbaycanlı dünya reytinqində ilk yüz şahmatçının arasında

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) sentyabrın 1-nə olan reytinq cədvəli dərc edilib. Klassik şahmat üzrə reytinqin ilk yüzlüyünə altı azərbaycanlı daxildir.
“Ölkə.Az” xəbər verir ki, norveçli Maqnus Karlsen (2839) yenidən reytinq cədvəlinə başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana (2827) ikinci, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov (2820) isə üçüncü yeri tutur.
Şahmatçılarımız Teymur Rəcəbov (2751) on yeddinci, Arkadi Naydiç (2721) iyirmi səkkizinci, Rauf Məmmədov (2699) qırx altıncı, Eltac Səfərli (2676) altmış beşinci, Qadir Hüseynov (2667) yetmiş dördüncü yerdədir.
Qadın şahmatçıların reytinq cədvəlində Azərbaycanın bir təmsilçisi yer alıb. Günay Məmmədzadə 2438 reytinqlə otuz üçüncü yeri tutur.
Zərif cinsin nümayəndələri arasında ilk üçlüyə çinli Tszyun Ventszyun (2561), Hou İfan (2658) və rusiyalı Aleksandra Kostenyuk (2559) daxildir.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
Beşiktaş Luiz Arauxonu heyətinə qatır
Mourinyo: "Real"dakı münaqişəyə qarışmadım!
Sabah ÇL tarixində: 11 ölkədən 11 futbolçu!
Sabah Çempionlar Liqasında Mançesterə uduzdu: 0:4
Nişanlısı Coşqunun faciəsini göz yaşları ilə danışdı