51 nəfər mühacir Azərbaycana göndərildi - FOTO

İnkişaf etmiş bəzi Avropa ölkələrindən mühacir azərbaycanlıların deportasiyası davam edir.
Son məlumata görə, 51 azərbaycanlını xüsusi çarter reysi ilə Bakıya deportasiya ediblər. Bu barədə sosial şəbəkədəki hilal media adlı səhifə məlumat yayıb.
Bildirilir ki, deportasiya olunanları hava limanında DTX, DİN, DSX-nin əməkdaşları qarşılayıb.
Əldə olunan informasiyaya görə, Avropadan vətənə deportasiya olunanların arasında 8 aylıq hamilə qadın da olub. Bu şəxslər 2014-cü ildə Azərbaycanla Avropa İttifaqı arasında imzalanan Readmissiya Sazişinin müddəalarına uyğun olaraq deport olunublar.
Yuxarıdakı fotoda görünən şəxsin Ruhin Bayramov alı siyasi fəal olduğu bildirilir. O, 4 ildir ki, Almaniyada mühacir idi. Hava limanında onu BMCMİ-nin əməkdaşları saxlayıb. Deportasiya olunan digər şəxslərin hara yerləşdirildiyi və ya sərbəst buraxıldığı barədə məlumat yoxdur.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda gənc qız özünü atmaq üçün 10-cu mərtəbəyə çıxdı – VİDEO
Vidadi Muradovun yazışmaları üzə çıxdı - “250 000 İsraildə lazımdır...”
Vilyam Hacıyevin milyonluq mülkləri və maşınları əlindən alındı - SİYAHI
Bakıda bu yaşayış yerləri plana düşdü (ÜNVANLAR)
1xBet Afrika konfederasiyasının turnirlərinə rəsmi sponsor oldu
