04.09.2026 - 10:08
Ölkə 10 baxış

500 min ev rəsmiləşsə, iqtisadiyyat canlanacaq!

Azərbaycanda sənədsiz evlərin rəsmiləşdirilməsi məsələsi hələ də həllini tapmayıb və bu istiqamətdə əmlak amnistiyasının yaxın zamanda baş verməsi gözlənilmir. İqtisadçı Natiq Cəfərli bu mövzuda açıqlama verərək, 500 min sənədsiz evin sənədləşdirilməsinin ölkənin iqtisadi və sosial həyatına təsirlərini dəyərləndirib.

Minval.info xəbər verir ki, Natiq Cəfərli qeyd edib ki, əgər 500 min sənədsiz ev rəsmiləşdirilərsə, bazara potensial olaraq bu qədər ev-mənzil daxil olacaq. Bu, həmçinin həyət evlərinin rəsmiləşdirilməsi ilə həmin məhəllələrdə bina tikintisini sürətləndirə bilər. Məsələn, bir neçə sənədli evi alan iş adamı, onların yerində çoxmərtəbəli binalar tikərək bazara əlavə mənzillər çıxara bilər. Bu da təklifin artmasına və qiymətlərin ucuzlaşmasına səbəb olacaq.

Bundan əlavə, çıxarış alan vətəndaşlar öz evlərində kiçik bizneslər açaraq, onları rəsmiləşdirə və kredit ala bilərlər. Bu, ölkə iqtisadiyyatına müsbət təsir göstərə bilər. Həmçinin, 500 min evin rəsmiləşdirilməsi üçün 1000 manat rəsmi rüsum təyin edilsə, bu, dövlət büdcəsinə əlavə 500 milyon manat vəsait gətirə bilər. Nəhayət, bu proses qeydiyyat problemlərini həll edərək, vətəndaşların seçki və siyasi-ictimai iştirakçılığını təmin edəcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: