“50 min məsələsi ilə bağlı faktın var?” - Spikerdən deputata irad

“Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev vəzifəyə təyin edildikdən sonra tikintiləri dayandırıb. Bakı şəhərində tikinti sahəsində çalışan 50 mindən çox insan işsiz qalıb”.
Azvision.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fəzail Ağamalı söyləyib.
Deputat bildirib ki, S.Nuriyev məsuliyyəti başa düşməlidir: “Ölkə başçısının siyasətinın əsası işsizliyin aradan qaldırılmasıdır, bununla bağlı ciddi layihələr həyata keçirilməkdədir. Amma 1 ilə yaxındır ki, o, Bakıda tikinti işini dayandırıb. Mənim tikinti ilə əlaqəm yoxdur, amma bizə müraciətlər edirlər. İnsanların işlə təmin edilməsinə nə üçün qadağa qoyulur? Bu sahədə narahatlıq mövcuddur, aradan qaldırılmalıdır, konkret addımlar atılmalıdır. Bu cavan oğlan insanların məşğulluğuna niyə qadağa qoymalıdır?”.
Spiker isə F.Ağamalıya cavab olaraq deyib ki, faktı araşdırmaq lazımdır: “Araşdırmamış rəqəm söyləmək olmaz. 50 min məsələsi ilə bağlı faktın var? Bu harada olub? Dəqiq sənəd var? Dəqiqləşdirilməmiş məsələləri qaldırıb, ajiotaj yaratmaq lazım deyil”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kreml: 300 min nəfər səfərbər edilməyəcək
Venesuela qızılını Londondan Nyu-Yorka köçürür!
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi