5 avtomobil toqquşdu: yaralananlar var
Gəncə şəhərində 5 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Minval.info report-a istinadən xəbər verir ki, hadisə şəhərin Sadiq Rəhimov küçəsində qeydə alınıb.
Belə ki, “VAZ-21015”, “Mercedes”, “VAZ-2104” və iki “VAZ-2107” markalı avtomobillərin iştirakı ilə baş verən zəncirvari avtomobil qəzasında, 1974-cü il təvəllüdlü Atəş Firdus oğlu Quliyev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Qəza zamanı daha iki nəfərin xəsarət aldığı və onlara hadisə yerinə gələn Təcili Tibbi Yardım briqadasının həkimləri tərəfindən ilkin tibbi yardımın göstərildiyi bildirilir.
İlkin məlumatlara görə, qəzaya ərazidə hərəkətdə olan marşurut avtobusunun yol qaydalarını pozması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib