400-dən çox şəhid ailəsi üzvü və qazi işlə təmin olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “Məşğulluq marafonu”na qoşularaq şəhidlərimizin ailə üzvlərinin, Vətən müharibəsində yaralanmış qazilərimizin məşğulluğuna dəstək olan işəgötürənlərin sayı artmaqda davam edir.
Nazirlikdən “Minval.info”-a verilən məlumata görə, bu günədək marafonda iştirak edən işəgötürənlərin sayı artıq 405-ə çatıb.
ƏLAQƏLİ
Aqil məlikov ürək əməliyyatından sonra ilk dəfə danışdı: "Həyatım yenidən başladı
Onlardan 195-i dövlət, 210-ü özəl müəssisələrdir. Marafona qoşulan işəgötürənlərin 245-i xidmət, 108-i emal, 33-ü kənd təsərrüfatı, 19-u tikinti sahəsinə aiddir.
İşəgötürənlər tərəfindən marafona təqdim edilən vakansiyaların sayı isə 1 783-ə çatıb.
Həmin vakansiyalar üzrə artıq 419 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub. Onlardan 322-si qazi, qalanları şəhid ailəsi üzvləridir.
ƏLAQƏLİ
Yanvar, May və Sentyabrda doğulanların sirli dünyası: Xarakterlərindəki gizli məqamlar
Marafona qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları linkə daxil olmaqla qeyd edə bilərlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Avstriya və İtaliya arasında yeni tunel layihəsi tamamlanır
Xalq yazıçısı Elçinin Fəxri xiyabandakı abidəsi tamamlandı
İmamverdi İsmayılovun 'Labirint' əsəri: bədii təxəyyülün gücü
Xırdalanda sakinlər tikinti şirkətindən narazıdır