4 deputatın maaşına xitam verildi - RƏSMİ

Bir neçə ay öncə ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə bəzi deputatlara yüksək vəzifə verilib. Sərəncəma əsasən onlar Milli Məclisdəki yerini tərk edərək yeni vəzifələrinin icrasına başlayıblar.
Ancaq məmur təyin olunan sabiq deputatların hələ də deputat maaşlarını alıb-almaması sual doğrur.
Minval.İnfo-nun məlumatına görə, Milli Məclisin İşlər idarəsinin müdiri Firudin Hacıyev unikal.org-a açıqlamasında bildirib ki, prezidentin sərəncam verdiyi gündən onların deputat maaşına xitam verilib.
Qeyd edək ki, prezidentin müvafiq sərəncamına əsasən Qaçqınların və Məcburi Köçünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Diasporlarla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev təyin edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qarabağ penaltidən vurdu, Şəfa məğlub oldu
Bakının Ceyhun Hacıbəyli küçəsi bağlanır!
SOCAR neftçiləri videoçarxla təbrik etdi
Bakıda və rayonlarda qida obyektləri bağlandı
Azərbaycan Hava Yolları Mərkəzi Asiyanın ən yaxşısı seçildi
Bakıda şənbə günü yağışsız, mülayim hava gözlənilir
Dağlıq ərazilərdə leysan və sel təhlükəsi!