02.05.2019 - 13:59
İdman 5 baxış

"4:0 hesablı qalibiyyət daha gözəl olardı" - Messi

Matçın son dəqiqəsində daha bir qol epizodumuz oldu. 4:0 hesablı qalibiyyət daha gözəl olardı. Amma indiki də yaxşı nəticədir. Hələ növbəti mərhələyə yüksəlmədiyimizin fərqindəyik. Daha çətin cavab qarşılaşması bizi gözləyir. Qələbə qazandığımız üçün xoşbəxtik.

“Minval.info” qol.az-a istinadən xəbər verir ki, bu sözləri “Barselona”nın futbolçusu Lionel Messi Çempionlar Liqasının yarımfinalında “Liverpul”a 3:0 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra deyib.

Sözügedən matçda dubla imza atan argentinalı hücumçu bildirib ki, “Liverpul”un qol vurmamağı önəmli idi: “İkinci hissədə nəticəni dəyişdirə biləcək şansları oldu, amma fərqlənə bilmədilər”.

O, vurduğu ikinci qol haqda da danışıb: “Zərbə effektli oldu. Qol vura biləcəyimə ümid edirdim. Top qapıya getdiyi üçün şanslı idim”.

Messinin sözlərinə görə, hazırda bu mövsümün həlledici anındadırlar: “Biz hamımız daha çox birləşməliyik. Hazırda kimisə tənqid etmək zamanı deyil. Biz-birimizə dəstək olmalı və finala birlikdə çıxmalıyıq”.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: