35 minə yaxın təhsil işçisi əks-göstəriş sertifikatı alıb

“Vaksinasiya prosesi başlanandan bəri 35 min nəfərə yaxın təhsil işçisi əks-göstərişlə bağlı arayış təqdim edib. Allergik rinit, diabet xəstəliyi olanlar da poliklinikalardan belə arayış alıblar. Avqustun 9-dan isə Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən vahid “Əks-göstəriş sertifikatı” hazırlanıb. Artıq həmin əməkdaşlarımız qeyd olunan sertifikatı almalıdır”.
“Minval.info” “Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə təhsil nazirinin müavini Rüstəm Ağayev bildirib.
O qeyd edib ki, əgər həqiqi əks-göstəriş yoxdursa, hər kəs peyvənd olunmalıdır:
“Düşünürəm ki, artıq həmin arayışı olanların əksəriyyəti bu sertifikatı ala bilməyəcəklər. Onlar subyektiv olaraq hansısa xəstəliklərinin əks-göstəriş olduğunu fikirləşirlər. Lakin onlara obyektiv formada sertifikat veriləcək. Əgər həqiqi əks-göstəriş yoxdursa, müəllimlər sentyabrın 15-dək heç olmasa 1 doza vaksin vurdursunlar”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!