33 milyard manatlıq artımın səbəbləri nədir?
Azərbaycan Mərkəzi Bankının yaydığı statistik bülletenə əsasən, cari ilin iyun ayında Real Vaxt Rejimində Hesablaşmalar Sistemi (AZIPS) vasitəsilə həyata keçirilən tranzaksiyaların həcmi 91,31 milyard manatı keçib, əməliyyatların sayı isə 218,5 minə çatıb.
Minval.info xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə AZIPS vasitəsilə həyata keçirilən tranzaksiyaların həcminin 33,38 milyard manat və ya 57,6 faiz, əməliyyatların sayının isə 31,7 min və ya 17 faiz artdığını göstərir.
Maliyyə-bank eksperti Əkrəm Həsənovun fikrincə, bu artım əsasən nağdsız ödənişlərin artması ilə əlaqədardır. O qeyd edir ki, iqtisadi artımın olmamasına baxmayaraq, AZIPS vasitəsilə həyata keçirilən tranzaksiyaların həcminin artması infrastruktur layihələri ilə bağlıdır. Xüsusilə, Qarabağ və işğaldan azad edilmiş digər ərazilərdə həyata keçirilən layihələrdə artım müşahidə olunur. Ekspertin fikrincə, əsas səbəb nağdsız əməliyyatların daha rahat olmasıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib